Hicablı qadınlara stadiona getməyə icazə verildi


Səudiyyə Ərəbistanında qadınlar idman yarışlarını stadiondan canlı izləyə biləcəklər

AzVision.az-ın məlumatına görə, bu barədə Krallığın baş idman idarəsinin rəhbəri Türki Əl Şeyxi məlumat verib. 

O, bildirib ki, 2018-ci ildən etibarən idman tədbirlərini izləmək üçün qadınlara stadionlara getməyə icazə verilib. Bunun üçün Ər-Riyad, Dammam və Ciddənin əsas stadionlarında yenidənqurma işləri aparılacaq.

Qeyd edək ki, indiyə qədər Səudiyyə Ərəbistanında stadionlara yanlız kişilər gedə bilirdi.

MilliYol.Az
Hicablı qadınlara stadiona getməyə icazə verildi - Milliyol.az