Əfqan Sadıqov həbs edildi

Gürcüstandan Azərbaycana keçmək istəyən iranlı narkotacirlər saxlanıldı


Gürcüstanda narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən iki İran vətəndaşı saxlanılıb

APA Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, İran vətəndaşları Azərbaycana keçməyə cəhd ediblər.

Onlar Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında yaxalanıblar.

İran vətəndaşlarının üzərində 13 bağlamada 700 qram heroin aşkar olunub. Onları 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Gürcüstanda bu ilin ilk yeddi ayı ərzində ümumilikdə 98 narkotik alverçisi saxlanılıb, 15 kiloqram heroin, 7191 ədəd psixotrop həb, 1 kiloqram 400 qram kokain və digər narkotik vasitələr müsadirə olunub.
Gürcüstandan Azərbaycana keçmək istəyən iranlı narkotacirlər saxlanıldı - Milliyol.az