Gürcüstanda üç il əvvəl qətl törətmiş azərbaycanlı tutuldu


Gürcüstanda qətlə görə 2015-ci ildən axtarılan 1971-ci il təvəllüdlü Şamxan Veçilov saxlanılıb

APA-nın Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, saxlanılan şəxs 2015-ci ilin noyabrın 20-də Saqareco bələdiyyəsinin Ləmbəli kəndində şəxsi münaqişə zəminində 1971-ci il təvəllüdlü N. P. adlı şəxsi “Makarov” tipli tapança ilə qətlə yetirib, 1956-cı il təvəllüdlü M. Q. adlı şəxsi isə ağır yaralayıb.

Qətllə nəticələnmiş insidentə pul borcu səbəb olub. Ş. Veçilovu 11 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Gürcüstanda üç il əvvəl qətl törətmiş azərbaycanlı tutuldu - Milliyol.az