Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsir


Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsmək üçün müvafiq prosedura başlayıb

MilliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini David Dondua deyib.

O bildirib ki, buna səbəb Suriyanın separatçı Abxaziya və Cənubi Osetiya respublikalarının müstəqilliyini tanımasıdır.

Qeyd edək ki, Suriya, qondarma Abxaziya və Cənubi Osetiya səfirlik səviyyəsində qarşılıqlı diplomatik əlaqələrin qurulacağını açıqlayıblar.

MilliYol.Az