Əfqan Sadıqov həbs edildi

Gürcü nazir: “TANAP bütün Avropanı təmin edəcək”


“TANAP təkcə Türkiyəni deyil, həm də Avropanı qazla təmin edəcək”

Trend-in məlumatına görə, bunu Gürcüstanın sabiq xarici işlər naziri İrakli Menaqarişvili deyib.

İ.Menaqarişvili bildirib: "TANAP Gürcüstan, Azərbaycan və Türkiyənin 90-cı illərin ortalarından tikdikləri dəhlizin davamıdır. TANAP təkcə Türkiyəni deyil, həm də Avropanı qazla təmin edəcək. Ona görə böyük enerji dəhlizi layihəsinin bu mərhələsi bütün iştirakçılar, o cümlədən Gürcüstan üçün, sözsüz ki, xüsusi əhəmiyyətə malikdir".

Sabiq nazir vurğulayıb ki, Gürcüstan TANAP qaz kəmərinin yaradılmasında mühüm rol oynayıb: "Təbii ki, bu layihənin növbəti mərhələsinin açılışında dövlətimizin başçısı iştirak edəcək".

Xatrladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanlı həmkarı Qeorqi Marqelaşvili ilə telefon danışığı zamanı onu iyunun 12-si Türkiyənin Eskişəhər şəhərində TANAP qaz kəmərinin açılışına dəvət edib.

Qeyd edək ki, iyunun 12-də Türkiyədə TANAP layihəsinin açılışı baş tutacaq.

Mayın 29-da isə Bakıda Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin rəsmi açılış mərasimi olub.

Bu dövrdə xəbər yoxdur.

Gürcü nazir: “TANAP bütün Avropanı təmin edəcək” - Milliyol.az