Gəncədəki Abbas Səhhət adına xəstəxananın rəhbəri İlqar Əliyev vəzifəsindən azad edilib.
MilliYol.az gencexeber.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri tərəfindən Gəncədə bir sıra xəstəxana və poliklinikalarda yoxlamalar aparılıb. İlqar Əliyevin vəzifədən azad edilməsinin həmin yoxlamalarla əlaqəli olduğu ehtimal edilir.
Qeyd edək ki, İlqar Əliyev ixtisasca ümumi cərrahdır. O, Gəncədəki təyinatından əvvəl Müdafiə Nazirliyinin Quru Qoşunlarının Tibb Xidmətində çalışıb.
Bundan əlavə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının inzibati işlər üzrə direktor müavini Yalçın Babayev, eləcə də Zülfüqar Məmmədov adına xəstəxananın Endokrinoloji şöbəsinin müdiri Sevda Əsgərova da tutduqları vəzifələrdən azad ediliblər.


































