Badamdarda sürüşmə davam edir - Çatlar genişlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri Səbail rayonu, Badamdar–20-ci sahədə mütəmadi müşahidə və monitorinq işləri aparır.

Bu barədə MilliYol.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, son monitorinqlər zamanı ərazidə sürüşmə prosesinin aktivliyinin davam etdiyi və mövcud çatlarda genişlənmənin baş verdiyi müəyyən edilib.

"Ərazidəki vəziyyət mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır", deyə məlumatda qeyd olunub.