Gədəbəydə yol qəzası: 2 ölü, 4 yaralı


Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Gərgər kəndində baş verib.

Hərəkətdə olan iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər-1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər.

Yaralılardan iki nəfəri Gəncədəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Gədəbəydə yol qəzası: 2 ölü, 4 yaralı - Milliyol.az