Əfqan Sadıqov həbs edildi

FTX ilə əməkdaşlıqdan imtinaya görə “Telegram” cərimələnib


Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) yazışmaların deşifrə edilməsi üçün “açarları” verməkdən imtina etdiyinə görə “Telegram” messenceri 800 min rubl cərimələnib

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, bu barədə qərarı bu gün Moskvanın rayon məhkəmələrindən biri verib.

Xatırladaq ki, “Telegram”ın yaradıcısı Pavel Durovdur və o, messencerdəki yazışmaların tam təhlükəsiz olduğunu iddia edir. P.Durov Rusiyada ən məşhur sosial şəbəkə hesab edilən “VKontakte”nin qurucusu və müəllifidir. Sonradan VK onun əlindən alınıb.

MilliYol.Az
FTX ilə əməkdaşlıqdan imtinaya görə “Telegram” cərimələnib - Milliyol.az