Əfqan Sadıqov həbs edildi

Fransızca səlis danışan və əsgərlərə “qardaşlar” deyə xitab edən çar


İnternetdə Rusiyanın sonuncu imperatoru 2-ci Nikolayın nadir səs yazısı yayılıb

MilliYol.AZ Strateq.az-a bildirir ki, mühafizə edilmiş bu  səs yazıları 20-ci əsrin əvvələrində vala yazılıb. Təqdim etdiyimiz ilk səs yazısı çar 2-ci Nikolayın 1901-ci ildə Fransaya rəsmi səfəri zamanına aiddir. . Bu səsyazısında ilk olaraq tədbiri aparan şəxs çıxış edir və söz demək üçün çar 2-ci Nikolayı dəvət edir. Parisdə fransız dilində çıxış edən imperator isti qarşılanmaya görə təşəkkür edir. Nikolayın çıxışı 0.14-cü saniyədən başlayır və 1.07-ci dəqiqədə bitir.

İmperatorun fransız dilində səlis danışması diqqəti çəkir.

İkinci səs yazısı 1910-cu ildə Peterburqda çarın doğum günü ilə bağlı keçirilmiş hərbi parad zamanı yazılıb. Burada imperator parada görə, əsgərlərə təşəkkür edir. Nikolay əsgərlərə “Qardaşlar” deyə xitab edir.

Çar 2-ci Nikolay Rusiyada baş vermiş 1917-ci ilin fevral burjua inqilabı nəticəsində taxdan devrilib. 1918-ci ilin iyul ayında Yekatrinburq bolşevik təşkilatının qərarı ilə çar Nikolay və ailəsi vəhşicəsinə güllələnib. Onun həyat yoldaşı, 3 qızı və 9 yaşlı xəstə oğlu öldürülüb.

Bu qətl Rusiya siyasi tarixində ən çox müzakirə olunan və birmənalı qarşılanmayan mühakimə sayılır.



MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Fransızca səlis danışan və əsgərlərə “qardaşlar” deyə xitab edən çar - Milliyol.az