Əfqan Sadıqov həbs edildi

FETO ilə əlaqəsi olan 4 jurnalistə hökm oxunub


Türkiyə hökuməti tərəfindən bağlanan müxalifətçi “Zaman” qəzetinin 4 sabiq əməkdaşı müxalifətdə olan İslam xətibi Fətullah Gülənin təşkilatı (FETO) ilə əlaqələrə görə İstanbul məhkəməsi tərəfindən müxtəlif müddətli həbs cəzalarına məhkum olunublar

Oxu.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, jurnalistlər Əli Bulac və Şahin Alpay 8 il 9 ay, onların həmkarları Müntəzir Nührənə və Mustafa Ünal 10,5 il dəmir barmaqlıqlar arxasında keçirəcəklər.

Xatırladaq ki, 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra “Zaman” qəzeti bağlanmış, 20-dən çox əməkdaşı isə həbs edilmişdi.

Bu dövrdə xəbər yoxdur.

FETO ilə əlaqəsi olan 4 jurnalistə hökm oxunub - Milliyol.az