Əfqan Sadıqov həbs edildi

Ermənistanın mədəniyyət naziri istefa verib – Müxalifətə qoşuldu

Ermənistanın mədəniyyət naziri vəzifəsini icra edən Armen Əmiryan tutduğu vəzifədən istefa verdiyini açıqlayıb

Bu barədə “Report” “Sputnik-Ermənistan”a istinadən xəbər verir. “Bir neçə dəqiqə əvvəl o, Nazirliyin önündə dayanan nümayişçilərin qarşısına çıxaraq nazir vəzifəsindən istefa verdiyini açıqlayıb”, – A.Əmiryanın sözçüsü Ruzan Xaçatryan bildirib.

Qeyd edək ki, bu gün Ermənistanda kütləvi etiraz aksiyaları keçirilib. Müxalifət lideri Nikol Paşinyanın çağırışı ilə etirazçılar Yerevanın mərkəzi küçələrini, İran-Ermənistan sərhədinə qədər magistral yolları bağlayıb, dəmir yolları və paytaxt metropoliteninin işini çətinləşdiriblər.
Ermənistanın mədəniyyət naziri istefa verib – Müxalifətə qoşuldu - Milliyol.az