Əfqan Sadıqov həbs edildi

Ermənistandakı AES bu gündən təmirə bağlanır


Ermənistandakı Metsamor AES-in reaktoru bu gündən etibarən təmirə bağlanacaq

APA-nın xəbərinə görə, bu barədə AES-in baş direktoru Movses Vardanyan deyib.

Onun sözlərinə görə, iyunun 1-də reaktor və 3 saylı turboaqreqat dayandırılacaq.

Vardanyan bildirib ki, təmir çərçivəsində 3 saylı turbini yüksək və orta təzyiqli silindrlərin tam modernləşdirilməsi, 3 saylı generatorun, 3 saylı əsas transformatorun əvəzlənməsi, yardımçı sistemlərə aid avadanlıqların dəyişdirilməsi və sair işlərin görülməsi nəzərdə tutulub.

İşlər Rusiyanın “Atomenerqoremont” şirkətinə həvalə edib.

Vardanyan əlavə edib ki, 2018-ci ilə planlaşdırılan işlər görüldükdən sonra AES-in buraxılış gücünün 10 faizədək artacağını istisna etməyib.

Ermənistan hökumətinin proqramı AES-in istismar müddətini 2026-cı ilədək uzatmağı nəzərdə tutur. Maliyyələşmə Rusiyanın 270 mln dollar məbləğində verdiyi dövlət ixrac krediti və 30 mln. dollar məbləğində ayırdığı qrantın hesabına həyata keçiriləcək.

Bu dövrdə xəbər yoxdur.

Ermənistandakı AES bu gündən təmirə bağlanır - Milliyol.az