Ermənistanda kütləvi ixtisarlar başlayır


2018-ci ildə Ermənistanda dövlət aparatındakı işçilərin sayı təxminən 5560 nəfər azaldılacaq

AzVision.az xəbər verir ki, bu barədə parlamentdə 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində çıxış edən maliyyə naziri Vardan aramyan bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsində əmək haqqı fondu 3 milyard dram azaldılacaq, diplomatların əmək haqqına toxunulmayacaq, vergi müfəttişlərinin maaşları isə artırılacaq: “Vergi müfəttişlərinin yüksək əmək haqqı almasına səbəb isə korrupsiyanın qarşısını almaqdır”.

MilliYol.Az
Ermənistanda kütləvi ixtisarlar başlayır - Milliyol.az