Əfqan Sadıqov həbs edildi

Ermənistanda dəmiryolu işləmir


Ermənistanda dəmiryolunun fəaliyyəti tamamilə dayanıb

Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, bunu “Cənubi Qafqaz Dəmiryolu”nbun mətbuat katibi Vardan Aloyan deyib.

Yerevandan Tbilisiyə gedən dəmiryolu 14 yerdə bağlıdır. Yerevan-Gümrü qatarları yarı yolda qalıb. Hələlik Ermənistanın cənub istiqamətində (Artaşat və Ararat yolu) dəmiryolunun açıq olub-olmaması barədə məlumat yoxdur.

Bu axşam Yerevan-Tbilisi qatarının yola düşə biləcəyi ilə bağlı sualı idarədən cavablandıra bilməyiblər.


MilliYol.Az
Ermənistanda dəmiryolu işləmir - Milliyol.az