Əfqan Sadıqov həbs edildi

Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçu həbs edildi


Bu günlərdə sosial şəbəkələrdə Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçunun həbs edildiyi barədə məlumat yayılıb

Virtualaz.org xəbər verir ki, məlumatı yayanın bildirdiyinə görə, onun yaxın qohumu, Azərbaycanın işğal olunmuş Xocavənd rayonu istiqamətində hərbi xidmətdə olan Karen Nuricanyan həbs edilib.

Məlum olub ki, K.Nuricanyan hərbi hissədən oğurladığı silah-sursatları ovçuluqla məşğul olan yerli sakinlərə satarkən həbs edilib. Cinayət məsuliyyətinə cəlb edilən K. Nuricanyan izahatında bu işi zabitlərin tapşırığı ilə etdiyini bildirib.

Oktyabrın 19-da isə döyüş postunda növbədə olarkən oğurladığı əl qumbaralarını satmağa cəhd edən başqa bir hərbi qulluqçunun da həbs edildiyi məlum olub. Hələlik adı gizli saxlanılan hərbi qulluqçunun başqa oğurluq hadisələrində əlinin olub-olmadığı Ermənistan Müdafiə Nazirliyinin istintaq idarəsi tərəfindən araşdırılır.

MilliYol.Az
Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçu həbs edildi - Milliyol.az