“Bu seçki bütün keyfiyyətlərinə görə əvvəlki seçkilərdən heç fərqlənmədi”
MilliYol.Az APA-ya istinadən verdiyi məlumata görə, bunu ötən gün Ermənistanda keçirilən parlament seçkilərində “Azad Demokratlar” partiyasından olan namizəd Stepan Safaryan deyib. O pulun seçkidə əsas rol oynadığını bildirib: “Bu, pul seçkisi idi. Hər kəs bunun şahidi oldu”.
“Yelk” blokunun üzvü Aram Sarqsyan isə bildirib ki, seçkilər zamanı geniş şəkildə rüşvətin paylanması ilə rüsvayçı qanun pozuntularına yol verilib.
MilliYol.Az



































