Ermənistan həbsxanasında kütləvi dava


Ermənistan Ədliyyə Nazirliyinin “Goris” həbsxanasında ciddi insident baş verib

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Shamshyan.com” saytı yayıb. Sayt məhkumlar arasında konflikt yarandığını bildirib.

Məhkumlar arasında davanın başlanmasından sonra həbsxana pəncərərindən yanmış yataq dəstləri və müxtəlif alətlər atılıb. Kütləvi dava nəticəsində həbsxananın bəzi qapılarına ziyan dəyib. Axşama doğru məhbusları sakiləşdirmək mümkün olub.

MilliYol.Az
Ermənistan həbsxanasında kütləvi dava - Milliyol.az