Əfqan Sadıqov həbs edildi

“Ermənisan KTMT-dən çıxacaq, NATO-ya üzv olacaq...”


“Mənim heç bir şübhəm yoxdur ki, Ermənistan KTMT-dən çıxacaq, NATO üzvü olacaq”

Virtualaz.org xəbər verir ki, bunu Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri, Regional Araşdırmalar Mərkəzinin analitiki David Şahnazaryan İrəvanda keçirilən “NATO Cənubi Qafqazda sabitləşdirici qüvvə kimi: cari çağırışlar və regionda inkişaf” mövzusunda seminarda deyib.

“Mənim heç bir şübhəm yoxdur ki, məhz bu baş verəcək”-Şahnazaryan vurğulayıb. Bununla belə o, Ermənistanın NATO-ya üzvlüyü kimi mücərrəd hadisənin Qarabağ münaqişəsinin nizamlanmasından əvvəl, yoxsa sonra baş verəcəyini əminliklə bilmədiyini deyib. Lakin Şahnazaryan əmindir ki, NATO-ya üzvlük növbəsi Gürcüstana çatıb. “Gürcüstan buna hazırdır, situasiyanın başqa inkişaf variantı yoxdur”-o əlavə edib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Ermənisan KTMT-dən çıxacaq, NATO-ya üzv olacaq...” - Milliyol.az