Erməni kriminal avtoritet Dubay hava limanında saxlanıldı


Dubay aeroportunda axtarışda olan ermənistanlı kriminal avtoritet saxlanılıb

Ermənistan KİV-ləri xəbər verir ki, İnterpolun Birləşmiş Ərəb Əmirliklərindəki Milli Mərkəzi Bürosundan Ermənistan bürosuna iyulun 30-da Dubay hava limanında axtarışda olan 1971-ci il təvəllüdlü Aram Vardanyanın saxlanıldığı bağlı məlumat daxil olub.

Artıq A.Vardanyanın ekstradisiya proseduruna başlanması üzrə tədbirlər görülüb.

Qeyd edək ki, A.Vardanyan krimimnal aləmdə daha çox "Vstreçi aper" ləqəbi ilə tanınır.(virtualaz.org)