Ərəb koalisiyası Yəməni bombaladı: 20 ölü, 40 yaralı


Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hərbi hava qüvvələri Yəmənin şimal-şərqini bombalayıb

Atılan mərmilər nəticəsində 20 nəfər ölüb, daha 40-ı yaralanıb.

Məlumatda deyilir ki, insident Xaca əyalətində qeydə alınıb, mərmi toy mərasiminin keçirildiyi evə düşüb.

Bundan əvvəl Yəməndə husilər Səudiyyə Ərəbistanının Cizan əyalətinin hava limanına iki raket atıb. (trend)