Əfqan Sadıqov həbs edildi

Ərdoğan parlamentdə koalisiya təklif etdi


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdogan deyib ki, bazar günü keçiriləcək seçkidə parlament çoxluğunu əldə edə bilməsələr, partiyası koalisiya yarada bilər

Prezident Kral FM radio stansiyasına müsahibəsində deyib ki, əgər parlamentdə 300 yerdən daha az yerə sahib olsalar, koalisiya qurmaq barədə düşünəcəklər. “Amma bu ehtimal çox çox azdır”, deyə Ərdogan bildirib.

MHP lideri Dövlət Baxçalı isə bazar ertəsi günü deyib ki, bu seçkidə MHP və AKP birgə parlamentdə üstünlüyə sahib ola bilməsələr, növbəti seçkiyə gedə bilərlər. Ana müxalifət partiyası CHP-nin genəl başqanı

Kamal Kılçdaroğlu isə Ərdoğanın koalisiya təklifini rədd edib. Klıçdaroğlu bildirib ki AKP liderləri həmişə tək partiyalı iqtidarın üstünlüklərindən danışıblar. “Bu halda Ərdoğan necə koalisiya istəyə  bilər”-deyə CHP lideri “FOX” TV-də qatıldığı canlı yayımda bildirib.

Xatırladaq ki, bazar günü Türkiyədə növbədənkənar seçkilər keçiriləcək.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ərdoğan parlamentdə koalisiya təklif etdi - Milliyol.az