Ər-Riyaddan şok: Qüds xəbərləri qadağan edildi


Səudiyyə Ərəbistanı hökuməti ölkədəki media orqanlarına Qüdslə bağlı çoxlu sayda xəbərlər yaymasını qadağan edib

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Middleeastmonitor.com” saytı yayıb. Sayt xəbərdarlığın bütün KİV orqanlarına aid edildiyini bildirib.

Ər-Riyadın niyə belə qərar verdiyi haqqında heç bir açıqlama yoxdur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Bəhreyn vətəndaşlarını Qüdslə bağlı etirazlara qatılmaqdan çəkinməyə çağırıb.
Ər-Riyaddan şok: Qüds xəbərləri qadağan edildi - Milliyol.az