Əfqan Sadıqov həbs edildi

Ən uzun orucu onlar tuturlar (SİYAHI)

İslandiyada müsəlmanlar 22 saat oruc tuturlar.

MilliYol.Az xəbər verir ki, bu ölkədə təxminən 1500 müsəlman yaşayır. Oruc gecə yarısı açılır. İmsaq vaxtı yerli saatda 02:00-da olur və 22 saat davam edir. Lakin, müsəlmanlar bundan gileylənmirlər. Ölkənin məscidləri iftar açılan məkanlara çevrilir və əhali 23:48-də orucunu açır.

"Orucun uzun müddət çəkməsinə baxmayaraq müsəlmanlar bir arada olduğundan, onlar vaxtın necə keçdiyini hiss etmirlər", - deyə ölkənin din xadimi Uvlani bildirib.

Dünyanın müxtəlif ölkələrində iftar və imsaq saatları hər gün dəyişsə də ortalama olaraq belədir:

Nuuk, Qrenlandiya - 21 saat

Stokholm, İsveç - 19,5 saat

Moskva, Rusiya - 19 saat

London, İngiltərə - 18,5 saat

Astana, Qazaxıstan - 18,5 saat

Brüssel, Belçika - 18,5 saat

Toronto, Kanada - 17,5 saat

Paris, Fransa - 17 saat

Pekin, Çin - 16,5 saat

Nyu-York, ABŞ - 16,5 saat

Tokio, Yaponiya - 16 saat

Kabil, Əfqanıstan - 16 saat

Rabat, Mərakeş - 16 saat

İslamabad, Pakistan - 16 saat

Qahirə, Misir - 15,5

Yeni Dehli, Hindistan - 15 saat

Honq Konq, Honq Konq - 15 saat

Dəkkə, Banqladeş - 15 saat

Məsqət, Oman - 15 saat

Ər-Riyad, Səudiyyə Ərəbistanı - 15 saat

Doha, Mərakeş - 15 saat

Xartum, Sudan - 14,5 saat

Adin, Yəmən - 14 saat

Dessie, Efiopiya - 14 saat

Kuala Lumpur, Malayziya - 13,5 saat

Luanda, Anqola - 13 saat

San-Paulo, Braziliya - 13 saat

Cakarta, İndoneziya - 13 saat

Harare, Zimbabve - 12,5 saat

Pretoriya, Cənubi Afrika - 12 saat

Kaptaun, Cənubi Afrika - 11,5 saat

Kanberra, Avstraliya - 11,5 saat

Punta Arenas, Çili - 10 saat

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ən uzun orucu onlar tuturlar (SİYAHI) - Milliyol.az