Əfqan Sadıqov həbs edildi

Əkbər Hacıyevdən məcburi köçkünləri tərs sillə: “Qazı “Qaçqınkom“dan istəsinlər“

MilliYol.Az xəbər verir ki, unikal.org saytı məcburi köçkünlərin üzləşdiyi qaz problem ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin fikirlərini öyrənmək istəyib. O, qısa açıqlama verərək məsələyə aydınlıq gətirib.

- Salam Əkbər müəllim.
- Salam.

- Unikal.org saytından narahat edirik.
- Başa düşmürsünüz ki, mən mətbuata danışmıram?...

- Bilmək istəyirik ki, məcburi köçkünlərin qaldığı yataqxanalar nə zaman qazlaşdırılıcaq? Planda varmı?
- Məcburi köçkünlər qazı gedib "Qaçqınkom”dan istəsin. Biz özbaşımıza qaz çəkmirik.

- Qazı "Qaçqınkom”çəkməlidir?
- Bəli sifarişçi onlardır.

Əkbər Hacıyev digər sualı dinləmədən telefonu söndürüb.

MilliYol.Az
Əkbər Hacıyevdən məcburi köçkünləri tərs sillə: “Qazı “Qaçqınkom“dan istəsinlər“ - Milliyol.az