Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat edib


Əhməd bəy Ağaoğlunun nəvəsi, tanınmış yazıçı və tərcüməçi Tektaş Ağaoğlu vəfat edib

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, T. Ağaoğlu yanvarın 9-da 84 yaşında İstanbuldakı klinikalardan birində dünyasını dəyişib.

Tektaş Ağaoğlu 1934-cü ildə İstanbulda anadan olub. Oxsford Universitetinin hüquq fakültəsini bitirib. Dostoyevskinin, Şoloxovun, Remarkın əsərlərini türkcəyə tərcümə edib. 1973-cü ildə Marks və Engelesin əsərlərini tərcümə etdiyinə görə həbsdə yatıb. 

1980-ci illərdə bir müddət İsveçrədə yaşamağa məcbur olub. Türkiyənin məşhur qəzet və jurnallarında müxtəlif vəzifələrdə çalışan T. Ağaoğlu bir müddət BBC radiosunun redaktoru olub. 

MilliYol.Az
Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat edib - Milliyol.az