Əfqanıstanda törədilmiş partlayışda 7 nəfər həlak olub


Əfqanıstanın Hilmend əyalətində əldəqayırma partlayıcı qurğu partladılıb

Partlayış nəticəsində 7 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb. İnsident Marja rayonunda baş verib.

Məlumata əsasən, mülki vətəndaşları daşıyan nəqliyyat vasitəsi yolun kənarına quraşdırılmış minaya toxunduqdan sonra partlayış baş verib.
Əfqanıstanda törədilmiş partlayışda 7 nəfər həlak olub - Milliyol.az