Əfqan Sadıqov həbs edildi

Əfqanıstanda polis idarəsinə hücum –6 nəfər ölüb, 30-dan çox yaralı var, İki terrorçu məhv edilib


Əfqanıstanın şərqində Paktiya vilayətində Qardez şəhərində polis idarəsinə hücum olub

Bu barədə xəbəri ölkənin daxili işlər naziri Nəcib Daniş təsdiqləyib.

Onun sözlərinə görə, səhər saatlarında intiharçı-terrorçu içində partlayıcı maddə olan avtomobili polis məntəqəsinə çırpıb. Daha sonra polis və hücim edənlər arasında atışma baş verib.

Hücum nəticəsində ölənlərin sayı azı 6 nəfər qeyd edilib. Daha 30 nəfərin isə yaralandığı barədə bildirilib.

DİN rəsmisi bildirib ki, iki terrorçu məhv edilib/Trend.

 MilliYol.Az
Əfqanıstanda polis idarəsinə hücum –6 nəfər ölüb, 30-dan çox yaralı var, İki terrorçu məhv edilib - Milliyol.az