Əfqan Sadıqov həbs edildi

Əfqanıstanda baş vermiş partlayışda ölənlərin sayı 36 nəfərə çatdı


Şənbə günü Əfqanıstanın şərq əyaləti Nanqarharda kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, daha 65 insan yaralanıb

RİA "Novosti" xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat yayıb.

Bundan əvvəl Ramazan bayramı günü törədilən partlayış zamanı 26 nəfərin öldüyü, 50-dən çox insanın isə yaralandığı bildirilirdi.

İŞİD terror təşkilatı partlayışla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Bu dövrdə xəbər yoxdur.

Əfqanıstanda baş vermiş partlayışda ölənlərin sayı 36 nəfərə çatdı - Milliyol.az