Əfqan Sadıqov həbs edildi

Əfqanıstanda 100-dən çox adam “taliblər“in əsirliyindən azad edilib


Əfqanıstanın xüsusi təyinatlı qüvvələri radikal "Taliban" hərəkatının nəzarətində olan həbsxanadan azı 105 nəfəri azad edib

"Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı xüsusi əməliyyat hərbi bölməsinin bəyanatına əsaslanaraq məlumat yayıb.

Xüsusi təyinatlılar dünən gecə ölkənin cənubundakı Gilmənd əyalətinin Kacaki rayonunda əməliyyat keçiriblər. Azad edilənlərin hamısı dinc sakinlərdir, onlar arasında 5 qadın da var.

Məlumata görə, əməliyyat zamanı 4 silahlı məhv edilib, 1-i saxlanılıb, eyni zamanda, 10 ədəd motosiklet müsadirə edilib.

 MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Əfqanıstanda 100-dən çox adam “taliblər“in əsirliyindən azad edilib - Milliyol.az