Əfqanıstan paytaxtında telekanala basqın edilib: ölənlər və yaralananlar var


Əfqanıstanın paytaxtı Kabildə "Shamshad TV" telekanalının binasına hücum edilib

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bir neçə silahlı adamın bu səhər binaya hücum etdiyi, atışma olduğu barədə məlumat yayılıb. Partlayış səsi eşidilib.

Telekanal yayımını dayandırıb, əməkdaşlar arasında ölənlərin və yaralanların olduğu bildirilir.

Təhlükəsizlik qüvvələri isə terrorçu-intiharçı tərəfindən partlayış törədildiyini və bundan sonra binaya polis forması geyinmiş iki döyüşçünün girdiyini iddia edir.

MilliYol.Az
Əfqanıstan paytaxtında telekanala basqın edilib: ölənlər və yaralananlar var - Milliyol.az