Dünya ulduzu əlindəki kitabla könülləri fəth etdi - Video


İngiltərə Premyer Liqasında "Liverpul" forması geyinən Mohammed Salahın hava limanına daxil olarkən əlindəki Quran-i Kərim diqqət çəkib

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Premyer Liqada 29 qolla bombardirlər yarışında zirvədə yer alan Mohammed Salah "Liverpul"u kürəyində daşımağa davam edir.

Misirli futbolçu sonuncu dəfə iki gün öncə Çempionlar Liqasında 1/4 finalın ilk matçında 1 qol və 1 asistlə "M.City" qarşısında 3-0-lıq qələbədə önəmli pay sahibi olub.

Qeyd edək ki, bu yaxınlarda Misirdə keçirilən prezident seçkilərində 1 milyona yaxın seçici seçki bülleteninə sevilən futbolçunun adını qeyd edib. Salah getdiyi hər səfər matçı zamanı müqəddəs kitabı özü ilə aparır.

Dünya ulduzu əlindəki kitabla könülləri fəth etdi

Dünya ulduzu əlindəki kitabla könülləri fəth etdi - Video - Milliyol.az