Duman Yerevanı iflic etdi


Dumanlı hava şəraiti Yerevanın “Zvartnots” hava limanının işini çətinə salıb

Azvision.az xəbər verir ki, dumana görə iki gündür Yerevandan uçuşları həyata keçirmək mümkün deyil. “Zvartnots” hava limanı daxil olan təyyarələri də qəbul edə bilmir.

Məlumata görə, Yerevandan Dubay, Moskva, Doha, Kiyev, Tbilisi, Voronej və Yekaterinburqa planlaşdırılan təyyarə reysləri təxirə salınıb.

MilliYol.Az
Duman Yerevanı iflic etdi - Milliyol.az