Əfqan Sadıqov həbs edildi

Donbas üzərindən ABŞ-ın casus peyki uçub!


AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, cümə axşamı Amerika Birləşmiş Ştatlarının (ABŞ) radiolokasiya-kəşfiyyat peyki Ukraynanın Donetsk vilayəti üzərindən uçuş həyata keçirib

Bu barədə xəbəri Yerin orbitindəki kosmik obyektlərin hərəkətini izləyən qərb saytları yayıb.

Onların məlumatına görə, ABŞ Milli hərbi-kosmik kəşfiyyat idarəsinin peyki Donbas üzərində Bakı vaxtı ilə saat 13:02-də qeydə alınıb. Peykin orbiti təxminən, 1,1 min kilometr yüksəklikdən keçib.

İlkin hesablamalara görə, ABŞ peykinin Donbas üzərindən növbəti uçuşu (o cümlədən, Donbas və Luqansk vilayətləri üzərindən) təxminən, cümə günü Bakı vaxtı ilə saat 07:07-də gözlənilir. Peyk həm də Krım üzərindən uçacaq.

Xəbər verilir ki, ABŞ hərbi-hava qüvvələrinin strateji pilotsuz RQ-4A «Global Hawk» uçan aparatı (UA) da fevralın 5-də 7-də Donbasda qüvvələrin təmas xətti üzərindən kəşfiyyat uçuşu həyata keçirib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Donbas üzərindən ABŞ-ın casus peyki uçub! - Milliyol.az