Əfqan Sadıqov həbs edildi

Diyarbəkir terrorunun acı nəticəsi: 8 şəhid, 100 yaralı - FOTOLAR (YENİLƏNİB)

Türkiyədə növbəti terror aktı törədilib. MilliYol.Az xəbər verir ki, hadisə Diyarbəkirdəki Terrorla Mübarizə və Çevik Polis Alayının binasının qarşısında - həbsxanadan 200 metr aralıda baş verib.

Terrorçuların binaya bombalı hücumundan sonra atışma başlayıb. Əraziya çox sayda ambulans göndərilib. İlkin məlumatlara görə, 30-dan artıq yaralı var. Ölənlərin olub-olmaması barədə məlumat verilmir.

Qeyd edək ki, ötən axşam Türkiyədə HDP sədri Səlahəddin Demirtaş da daxil olmaqla 11 deputat terrora dəstək ittihamı ilə həbs olunub.

***
Diyarbəkirdəki terror aktı zamanı ölən və yaralananların sayı açıqlanıb. Bu barədə Türkiyənin baş naziri Binali Yıldırım məlumat verib.

Baş nazir bildirib ki, xain hücum zamanı 2-si polis olmaqla 8 nəfər şəhid olub. Yaralıların sayı isə 100-dən artıqdır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Diyarbəkir terrorunun acı nəticəsi: 8 şəhid, 100 yaralı - FOTOLAR (YENİLƏNİB) - Milliyol.az