Əfqan Sadıqov həbs edildi

Daşkənd Kərimovu son mənzilə yola saldı - VİDEO

Özbəkistan prezidenti İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axışıb.

MilliYol.Az APA-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 05:00-də İslam Kərimovun cənazəsi paytaxtın "Cənub" hava limanına aparılıb. Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
 
İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.
 
İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.



MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Daşkənd Kərimovu son mənzilə yola saldı - VİDEO - Milliyol.az