Əfqan Sadıqov həbs edildi

Dağıstanda antiterror əməliyyatı


Dağıstanın Tsumadinsk rayonunda antiterror əməliyyatı keçirilib

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyat, Kvanada və Qimerso yaşayış məntəqələri də daxil olmaqla, rayonun müxtəlif yerlərində aparılıb.

Rusiyanın Milli Antiterror Komitəsinin mətbuat xidmətinin məlumatına görə, yeri müəyyən edilmiş döyüşçü silahı yerə qoymağa etiraz edib və FTX xüsusi təyinatlıları ilə atışmaya girib: “O, cavab atəşi ilə zərərsizləşdirilib. Onun “Tsumadinsk dəstə”sinin rəhbəri olduğu ehtimal olunur”.

Əməliyyatda iştirak edən hüquq-mühafizə orqanları əməkdaşları və mülki əhali arasında itki qeydə alınmayıb.

Hadisə yerindən avtomat, mərmilər və qumbara götürülüb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Dağıstanda antiterror əməliyyatı - Milliyol.az