Əfqan Sadıqov həbs edildi

Çinə məxsus təyyarə stüarda hücum səbəbindən təcili eniş edib


"Air China" aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin stüarda hücum etməsi səbəbindən təhlükəsizlik məqsədi ilə Xenan əyalətinin Çjençjou şəhərində təcili eniş edib

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Çanşadan Pekinə uçan laynerin sərnişinləri sağ-salamat göyərtəni tərk edib və gözləmə zalına yönləndirilib.

Ərazidə polis işləyir. Hadisənin təfərrüatları məlum deyil.
Çinə məxsus təyyarə stüarda hücum səbəbindən təcili eniş edib - Milliyol.az