Əfqan Sadıqov həbs edildi

Cərrah Leo Bokeriyaya Gürcüstan prezidenti olmaq təklif edilib


Rusiyada məşhur olan cərrah Leo Bokeriyaya Gürcüstan prezidenti olmaq təklif edilib

Gürcüstan KİV-ləri yazır ki, "Rustavi 2"nin baş direktoru Nika Qvaramiya "Aktsentı" verilişində ölkənin keçmiş baş naziri, hakim "Gürcü arzusu" partiyasının rəhbəri Bidzina İvanişvilinin L.Bokeriyaya prezidentliyə namizəd olmağı təklif etdiyini bildirib.

Onun sözlərinə görə, İvanişvili Gürcüstan vətəndaşı olmayan və faktiki olaraq, Gürcüstanda yaşamayan və buna görə də, prezident ola bilməyəcək Bokeriyaya hər şeyi yoluna qoyacağı vədi verib.

N.Qvaramiya bu təklifin hətta Bokeriyanı da güldürdüyünü bildirib.(virtualaz.org)

Bu dövrdə xəbər yoxdur.

Cərrah Leo Bokeriyaya Gürcüstan prezidenti olmaq təklif edilib - Milliyol.az