Cərimə meydançasında baş vermiş yanğın söndürüldü

Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən söndürülüb

Bu barədə Nazirlikdən məlumat verilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

*   *   *

Bakıda yanğın başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda paytaxtın Nizami rayonunda yerləşən 11 saylı cərimə meydançası yanır.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır.

Yanan maşınlar arasında "BMW", "Niva" və VAZ 2106, 07 də var. Maşınların çoxu istifadəyə yararsızdır.

Hazırda Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb.

Yanğına ilkin səbəb kimi, zibil vedrələrinin yanması göstərilir.
Cərimə meydançasında baş vermiş yanğın söndürüldü - Milliyol.az