Cəlilabadda ata və oğlu bıçaqlandı


Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib

APA-nın məlumatına görə, rayonun Sabirabad kənd sakinləri - 1946-cı il təvəllüdlü Vəliəhd Əziz oğlu Əliyev və onun oğlu, 1980-ci il təvəllüdlü Babək Əliyev mübahisə zəminində bıçaqlanıb.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda ata və oğlu bıçaqlandı - Milliyol.az