Castin Trudou yəhudilərdən üzr istədi

Kanadanın baş naziri Castin Trudou sosial media hesabı vasitəsilə 79 il sonra yəhudilərdən üzr istəyib

Qaynarinfo xəbər verir ki, üzrün səbəbi 7 noyabr 1939-cu ildə Faşist rejimindən qaçaraq Müqəddəs Luiz gəmisi ilə Kanadaya gələn 907 yəhudinin qəbul edilməməsidir.

Siyasi səbəblərə görə rədd cavabı verilən 907 şəxsdən 254-ü əsir düşərgəsində öldürüldü.

MilliYol.az