Əfqan Sadıqov həbs edildi

“Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik”


“Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik”

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra başçılarının 39-cu toplantısında bildirib.

“Terror qruplaşması PYD və YPG-nin (hər ikisi terrorçu PKK qruplaşmasının Suriyadakı qollarıdır – “Report”) “dövlət” qurmasına imkan verməyəcəyik. Bəziləri “kürd dövləti” deyib durur. Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik. Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik”, – dövlət başçısı vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın şimalında 2 min kvadratkilometr Türkiyənin nəzarəti altındadır: “Cerablus, Rai, Əl-Babı terrorçulardan təmizlədik. Oradakı 2 min kvadratkilometrlik sahəyə nəzarət edirik. Onların hədəfi Aralıq dənizinə çıxmaqdır. Cudi, Tendürek, Kandil, Gabarda terrorçulara qarşı apardığımız mübarizəni hər yerdə davam etdirəcəyik”.

Qeyd edək ki, terrorçu PKK-nın Suriyadakı qolları havadarlarının yardımı ilə Aralıq dənizinə çıxmağı hədəfləyirlər.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik” - Milliyol.az