Bu il Ermənistan Ordusu 11 hərbçisini itirib


2018-ci ilin birinci rübü ərzində Ermənistan Silahlı Qüvvələrinin 11 hərbçisi ölüb

APA-nın xəbərinə görə, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, ölüm hallarından 9-u Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindəki hərbi hissələrində, 2-si isə Ermənistanda baş verib.

Üç nəfər atəşkəs rejiminin pozulması, dörd nəfər bədbəxt hadisə nəticəsində, iki nəfər xəstəlikdən ölüb.

Bir hərbçinin öldürüldüyü, birinin isə intihar etdiyi hesabatda əksini tapıb.
Bu il Ermənistan Ordusu 11 hərbçisini itirib - Milliyol.az