Əfqan Sadıqov həbs edildi

Bu il dünyada 3 mindən çox miqrant ölüb


Bu ilin əvvəlindən dünyada 3 mindən çox miqrant və qaçqın həyatını itirib

MilliYol.Az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Miqrasiya üzrə Beynəlxalq Agentlik açıqlama yayıb.
 
Bu ilin ötən dövrü ərzində dəniz yolu ilə Avropaya 101 min 210 miqrant və qaçqın gəlib. Onların 85 faizi İtaliya, qalanları Yunanıstan, Kipr və İspaniya üzərindən Avropaya keçib. Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 2 dəfə azdır. Bu müddət ərzində Aralıq dənizində 2 min  247 miqrant və qaçqın ölüb. Bu ilin əvvəlindən indiyə qədər dünya üzrə ölən və İtkin düşən miqrant və qaçqınların sayı isə 3 min 47 nəfərdir.
 
MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bu il dünyada 3 mindən çox miqrant ölüb - Milliyol.az