Əfqan Sadıqov həbs edildi

Bu erməni qadın Fransada əmək naziri ola bilər


Erməni əsilli Astrid Panosyan Fransanın yeni prezidenti Emmanuel Makronun hakimiyyətində əmək naziri vəzifəsini tuta bilər

Bu barədə “Nouvelles d`Armenie” nəşri məlumat yayıb.

Astrid Panosyan Ali İmperiya Məktəbinin, eləcə də Paris Siyasi Tədqiqatlar İnstitutunun diplomuna sahibdir.

Astridin, həmçinin Harvard Universitetinin dövlət idarəçiliyi üzrə magistr dərəcəsi var.

Panosyan Amerikanın “AT Kearney” konsaltinq şirkətində məsləhətçi, Fransanın “Groupama” sığorta şirkətinin baş katib işləyib.

2015-ci ildən o, Fransa-Niderland “Unibail-Rodamco” əmlak şirkətinin baş direktorudur.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bu erməni qadın Fransada əmək naziri ola bilər - Milliyol.az