Əfqan Sadıqov həbs edildi

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir


İyunun 8-də Böyük Britaniyada parlamentin aşağı palatasına növbədənkənar seçkilər keçirilir

BBC xəbər verir ki, London üzrə seçki məntəqələri saat 07:00-dan açıqdır.

Son üç il ərzində bu, Britaniyada artıq üçüncü ümummilli səsvermədir: daha öncə keçirilən parlament seçkiləri 2015-ci ildə baş tutub, 2016-cı ilin yayında isə Böyük Britaniyanın Aİ-də üzvlüyünə dair referendum keçirilib.

İyun seçkilərinin əsas mövzuları – “Brexit” və sosial-iqtisadi siyasətdir.

Xatırladaq ki, parlamentin aşağı palatasına növbədənkənar seçkilərin keçiriləcəyi barədə ölkənin baş naziri Tereza Mey aprel ayında bəyanat vermişdi. O, təcili seçkiləri ölkənin Avropa İttifaqından çıxmağa dair danışıqlara başladıqdan sonra  yaranan vəziyyətdə stabilliyin yaradılmasına can atmaqla izah etmişdi.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir - Milliyol.az