“Biz indi onların yanlarında olmalıyıq“


Sergey Skripalın qardaşı qızı Viktoriya Skripal viza almaqda köməklik göstərməsi üçün Böyük Britaniyanın Baş naziri Tereza Meyə müraciət edib

Skripalın müraciəti “Skay Nyus”da yayımlanıb.

“Hazırda bütün dünya bu siyasi qalmaqaldan danışır, ancaq onun episentrində insanlar dayanır. Onlar bizim ailəmizdir, indi yanlarında olmalıyıq”,– Viktoriya Skripal deyib.

Qeyd edək ki, Britaniya Sergey Skripalın qardaşı qızı Viktoriya Skripala viza verməkdən imtina etmişdi. London V.Skripalın sacuc ola biləcəyindən ehtiyatlanır/Axar.az

MilliYol.Az
“Biz indi onların yanlarında olmalıyıq“ - Milliyol.az