Əfqan Sadıqov həbs edildi

Beş ayda 241 çoxmərtəbəli binaya təbii qaz verilib


2018-ci ilin yanvar-may ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim olunan 241 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib

 Birlikdən verilən məlumata görə, həmin binalarda, ümumilikdə, 11 575 ailə yaşayır.
“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır”, - deyə məlumatda qeyd olunub.
Beş ayda 241 çoxmərtəbəli binaya təbii qaz verilib - Milliyol.az