Əfqan Sadıqov həbs edildi

Berdıməhəmmədov Putinə it hədiyyə edib


Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Rusiya prezidenti Vladimir Putinə it hədiyyə edib

APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Rusiya və Türkmənistan prezidentlərinin görüşü MDB ölkələri dövlət başçılarının sammiti çərçivəsində keçirilib.

Berdıməhəmmədov doğum günü münasibəti ilə Putinə Orta Asiyada məşhur “Alabay” cinsindən olan it hədiyyə edib.

Mətbuat nümayəndələrinin önündə it Putinə təqdim olunub. Rusiya prezidenti hədiyyəyə görə türkmənistanlı həmkarına təşəkkürünü bildirib.

MilliYol.Az
Berdıməhəmmədov Putinə it hədiyyə edib - Milliyol.az